Lamina Dekor MMC 25.07.2004-cü ildən etibarən mebel və interyer sektorunda fəaliyyət göstərən, mebel materiallarının satışı və peşəkar emalı üzrə ixtisaslaşmış şirkətdir.
Şirkətimiz uzun illərin təcrübəsini müasir texnologiyalarla birləşdirərək müştərilərinə keyfiyyətli material, dəqiq icra və sürətli xidmət təqdim edir.
Lamina Dekor MMC olaraq mebel istehsalçıları, ustalar, dizaynerlər, tikinti və təmir şirkətləri, eləcə də fərdi müştərilər üçün istənilən növ və ölçüdə mebel materiallarının topdan və pərakəndə satışını həyata keçiririk.
Müştərinin ehtiyacına uyğun ölçü, forma və həllər təklif etməklə sifarişi tam hazır vəziyyətdə təqdim edirik.
Şirkətimizdə bütün emal prosesləri Alman və İtaliya istehsalı olan müasir avadanlıqlarda icra olunur. Bu da yüksək dəqiqlik, keyfiyyətli kəsim və materialın uzunömürlü olmasını təmin edir.
Bizim əsas üstünlüyümüz müştərilərə “bir ünvanda hər şey” prinsipini təqdim etməyimizdir.
Materialın seçimindən başlayaraq, kəsim, emal və çatdırılmaya qədər bütün mərhələlər vahid məkanda və nəzarət altında həyata keçirilir. Bu isə həm vaxta, həm də xərclərə ciddi qənaət deməkdir.
Lamina Dekor MMC olaraq məqsədimiz mebel sektorunda fəaliyyət göstərən hər kəs üçün etibarlı tərəfdaş olmaq və hər sifarişi peşəkar səviyyədə icra etməkdir.